Azərbaycan, Bakı

+994 55 455 55 65

“Karvan 2002 MMC” distribüter şirkəti kimi fəaliyyətinin əsası 20 dekabr 2002-ci ildə qoyulmuşdur. Şirkət fəaliyyətinə yerli və xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtımını həyata keçirməklə başlamışdır. “Karvan 2002 MMC” hal-hazırda qeyri qida sektorunda ölkəmizin ən aparıcı distribüter şirkətlərindən biridir.

Beynəlxalq şirkətlərin, zavod və fabriklərin etibarlı partnyoru olan “Karvan 2002 MMC”in portfoliosuna “Evyap”, “Kopaş”, “Arnest”, “Elfa”, “Atəşsönməz”, “Stupenski” “Aist”, “Dermacos”, “Fratti”, “Golf Kimya”, “NMJK”, “Novaya Zarya”, “Nue”, “Sera”, “Svoboda”, “Silver”, “Show” və s. kimi aparıcı şirkətlər daxildir. Şirkət distribüter fəaliyyətini daha peşəkar və davamlı həyata keçirmək üçün mərkəzi ofisi Bakıda olmaqla Gəncə, Cəlilabad, Mingəçevir, Quba filialları fəaliyyət göstərir.

“Karvan 2002 MMC”un ümumi sahəsi 22500 kv/m olan logistika mərkəzi vardır. “Karvan 2002 MMC” distribüter şirkəti olaraq hal-hazırda 5088-dən çox ticarət nöqtəsinə 1500-dən çox məhsul çeşidinin satışını həyata keçirir.

2020-ci ildə “Karvan 2002 MMC” fəaliyyət istiqamətlərini genişləndirərək bazarda həm də istehsalçı şirkət kimi tanınmağa başlamışdır.

“Karvan 2002 MMC” ixrac imkanlarını genişləndirərək Azərbaycan iqtisadiyyatına da öz töhfəsini verməkdədir.